Azərbaycan Silahlı Qüvvələrinin Raket və Artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Təlimlərdə artilleriya bölmələri marş icra etmə, cəmləşmə rayonlarına çıxma, atəş və start mövqelərini tutma, döyüş atışlarının icrası və digər tapşırıqların yerinə yetirilməsi üzrə məşqlər edirlər”, - deyə məlumatda bildirilir.
Təlimlər müdafiə nazirinin təsdiq etdiyi 2018-cı ilin hazırlıq planına uyğun olaraq keçirilir.*
R.Babayev