“Bank of Baku” 2018-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 24,6% - 301,607 mln. manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2018-ci il sentyabrın 30-na bankın kredit portfeli 193,199 mln. manat (yanvar-sentyabr aylarında azalma 2,3%) təşkil edib.
Bankın öhdəlikləri 262,072 mln. manata (azalma 27,9%) bərabərdir.
Sentyabrın sonuna “Bank of Baku”da depozit və əmanətlər 157,013 mln. manat (azalma 35%) təşkil edir.
Hesabat dövrünün sonuna bankın kapitalı 39 mln. 534,5 min manata (artım 8%), nizamnamə kapitalı 52,87 mln. manata (dəyişməyib) bərabər olub.
Yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 3 mln. 128 min manat təşkil edib.
“Bank of Baku” 1994-cü ildə yaradılıb.*
A.Əzizov