Azərbaycan prezidenti bazar ertəsi İİmişli şəhərində istismar müddəti başa çatmış 5 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 3 mln. manat ayırmağı tapşırıb.
Bazar ertəsi müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Prezidentin sərancamına əsasən, bu vəsait 48 mənzilli yaşayış binasının tikintisinə sərf olunacaq.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə ayrılacaq. **
N.Abbasova