2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan ASK məhsullarının ixrac həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13% artaraq $540 mln.-a çatıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“2018-ci ilin 9 ayı ərzində ASK məhusllarının istehsalı 4,3%, ixrac ötən ilin analoji dövrü ilə müqayisədə 13 artıb və $540 mln.-a çatıb”, - dövlət başçısının saytında Ş.Mustafayevin sözlərindən sitat gətirilir.
Nazir qeyd edib ki, qeyri-neft ixracının potensialının genişlənməsində aqrar sahənin inkişafı prioritet istiqamətlıərdən biridir. “Həyata keçirilən işlər nəticəsində aqrar sektorun davamlı inkişafı təmin olunub”, - Ş.Mustafayev bildirib. **
N.Abbasova