«Azərikard» MMC maliyyə risklərinin sığortaçısını seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Seçim prosesi tender metodu ilə həyata keçirilir.
Tenderin şərtlərinə əsasən, sığortaçının funksiyalarına “Azərikard”ın maliyyə risklərinin, IT-avadanlığın sığortası və əməkdaşların könüllü tibbi sığortası daxildir.
Tenderdə iştirak haqqı 200 manatdır.
Tender təklifləri 2018-ci il dekabrın 11-dək qəbul olunur. Təklif zərfləri dekabrın 12-də açılacaq.
Telefon: (012) 505-21-51 (daxili 8064), Azər Qarayev.
“Azərikard” prosessinq şirkəti Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsusdur.*
A.Əzizov