2019-cu ildə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə vergi ödənişləri 1 mlrd. 450 mln. manat məbləğində proqnozlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"2019-cu ildə SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri üzrə proqnoz 1 mlrd. 450 mln. manat səviyyəsində müəyyən edilib ki, bu da 2018-ci ilin göstəricisindən 20 mln. manat və ya 1,4% çoxdur", - deyə məlumatda bildirilir.
Bütövlükdə, gələn il SOCAR Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının 19,82%-ni təmin edəcək.
Azərbaycan Dövlət Neft Şirkəti ən iri vergi ödəyicisidir. 2017-ci ildə şirkətin büdcə ödənişləri 1 mlrd. 511,033 mln. manat təşkil edib və 2016-cı illə müqayisədə 8,3% artıb.*
A.Əzizov