Bakı və Moskva müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın genişlənmsəidnə maraqlı olduqlarını ifadə edir. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilir.
“Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və Rusiyanın sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev Moskvada keçirilən görüşdə iki ölkənin müdafiə sənayesi üzrə fəaliyyət göstərən qurumları arasında mövcud olan əməkdaşlıq əlaqələrindən məmnunluq və əməkdaşlığın genişləndirilməsinə dair hər iki tərəfin niyyətini ifadə ediblər”, - məlumatda deyilir.
Qeyd olunur ki, tərəflər əməkdaşlığın genişləndirilməsinə dair prioritet istiqamətlər üzrə razılıq əldə ediblər. **
R.Babayev