Oktyabrın 23-də Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva bərpa olunmuş İmam Hüseyn məscidinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Məscidin axundu Hacı Əbdül Mehriban Əliyevaya İmam Hüseyn məscidi barədə məlumat verdi. Bildirdi ki, məscid 1890-cı ildə xeyriyyəçi Hacı Hacıbala tərəfindən tikilib. Burada eyni vaxtda 400 nəfər ibadət edə bilər.
Məscid Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub. **
F.İsazadə