Son 5 il ərzində Azərbaycan və Rusiya hüquq-mühafizə orqanları tərəfindən “Sərhəd-Sipər" kompleks əməliyyat-profilaktik tədbirlər nəticəsində müxtəlif cinayətlərə görə axtarışda olan 202 nəfər tutulub. Bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.
Çərşənbə axşamı Bakıda sərhədyanı ərazilərində daxili işlər orqanlarının birgə fəaliyyətinin razılaşdırılması və əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin xüsusiləşdirilmiş İşçi Qrupunun növbəti iclası keçirilib. Rusiya tərəfindən iclasda Rusiya Federasiyasının daxili işlər naziri, RF-nin polis generalı Vladimir Kolokoltsev iştirak edib.
“Sərhəd-Sipər" kompleks əməliyyat-profilaktik tədbirlərin keçirildiyi təkcə son 5 il ərzində axtarışda olan 202, o cümlədən Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarılan 85 nəfər tutulub”, - R.Ususbov iclasda bildirib.
Onun sözlərinə görə, bu əməliyyatlar çərçivəsində Azərbaycan tərəfindən 535 odlu silah, 43 min ədəd hərbi sursat aşkarlanaraq götürülüb.
“Həmçinin tərəflər 2019-2020-ci illərdə həmsərhəd ərazilərdə təşkilati-praktik tədbirlər planını müzakirə ediblər”, - DİN-in məlumatında qeyd olunur.
İşçi Qrupunun iclasının yekunlarına dair protokol imzalanıb. **
F.İsazadə