Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasında neft və digər maddələr ilə çirklənmiş ərazilərin inventarizasiyası və qiymətləndirilməsi, yaranan göllərin qurudulması və təmizlənməsi məqsədilə məsləhətçi seçimini noyabrın 7-dək uzadıb. Bu barədə nazirliyin elanında qeyd olunur.
“Təkliflərin qəbulu müddəti oktyabrın 30-da başa çatırdı. Lakin tender komissiyası bu müddətin noyabrın 7-dək uzadılmasına dair qərar qəbul edib. Tender proseduru noyabrın 8-də baş tutacaq”, - elanda deyilir.
Tenderdə 10 illik beynəlxalq iş təcrübəsi, peşəkarlıq, idarəçilik bacarığı, zəruri texniki və maliyyə imkanlarına mailik olan şirkətlər iştirak etmək hüququna malikdir.
Tender təkliflərinin qiymətləndirilməsində əsas meyarlar bunlardır:qiymət, müqavilənin vaxtında icrası, analoji işlərin icrasında təcrübə, iddiaçının maliyyə vəziyyəti.
Tenderdə iştirak haqqı - 2 min manatdır. **
N.Abbasova