Azərbaycan hökuməti 2019-cu il dövlət büdcəsində icbari tibbi sığorta (İTS) sisteminin tətbiqinin genişləndirilməsinə 223,5 mln. manat məbləğində vəsaitin ayrılmasını nəzərdə tutub.
Hazırda İTS pilot layihə olaraq Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir. Azərbaycanda sistemin tam şəkildə tətbiqinə 2019-cu ildə başlanılacaq və mərhələli şəkildə 5 il ərzində həyata keçiriləcək.
Daha əvvəl Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bildirmişdi ki, respublikada icbari tibbi sığorta haqqının məbləği ildə hər nəfərə 120 manat təşkil edəcək. Əhalinin bəzi kateqoriyaları üçün sığorta haqqı dövlət tərəfindən ödəniləcək.
Dövlət Agentliyi və Səhiyyə Nazirliyi icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə dəstək məqsədilə keçid planının və yol xəritəsinin hazırlanmasına "McKinsey & Company" beynəlxalq məsləhətçi şirkətini cəlb edib.*
A.Əzizov