ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonçərşənbə günü Azərbaycana səfərə gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat evrib.
“Bolton artıq Bakıdadır. Bu gün o Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək”, - agentliyin həmsöhbəti bildirib.
Bundan başqa, çərşənbə günü C.Boltonun Azərbaycana səfəri və keçirilən danışıqların yekunlarına dair mətbuat konfransı keçiriləcək. **
F.İsazadə