Azərbaycanda qeyri-rezidentlər bir gün ərzində elekton imza vasitəsilə şirkətləri qeydiyyatdan keçirə bilərlər.
Çərşənbə günü Bakıda qeyri-rezidentlərə “ASAN imza” təqdim etməyi və elekton rezident statusu əldə etməyi nəzərdə tutan Mobil Rezidentlik Proqramının təqdimatı keçirilib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan qeyri-rezidentlərə mobil imza təqdim edən dünyada ilk ölkədir. Bundan başqa, Azərbaycan Estoniyadan sonra xarici vətəndaşlara e-rezidentlik statusu verəcək dünyada ikinci ölkə olub.
Bu yeniliklər sayəsində qeyri-rezidentlər bir gün ərzində elekton imza vasitəsilə şirkətləri qeydiyyatdan keçirə, vergi ödəyə, bank xidmətıərindən istifadə edə bilərlər. Avropa İttifaqının(Aİ)Azərbaycandakı nümayəndəliyininrəhbəri Kestutis Yankauskas və İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri Azərbaycanın ilk elektron rezidenti olublar.
E-rezidentlərə smart-kart (rəqəmsal identifikasiya kartı) təqdim olunub. Həmin kart sahibləri Azərbaycanda dövlət və özəl onlayn xidmətıərdən istifadə edə bilərlər. **
B.Rüstəmbəyov