Azərbaycan hökuməti 2019-c ildən etibarən ayr-ayrı vergi növləri üzrə müəyyən dəyişikliklərin tətbiqini planlaşdırır, bu da dövlət büdcəsinə vergi yığımının həcminə təsir edəcək.
2019-cu il üçün büdcə materiallarına əsasən, sadələşdirilmiş vergi ilə bağlı müəyyən dəyişikliklər olacaq. Xüsusilə, Vergi Məcəlləsində bu vergi növü üzrə vergi ödəyicilərinin sayının azalmasına səbəb olacaq dəyişikliklərin daxil edilməsi planlaşdırılır. Nəticədə, 2019-cu ildə bu vergi növü üzrə yığım 322 mln. manat məbləğində proqnozlaşdırılır, bu da 2018-ci il üçün nəzərdə tutulan göstəricidən 15,3% azdır.
Bundan başqa, hökumət aksizli malların istehsalında və idxalında nəzarət tədbirlərinin gücləndirilməsini planlaşdırır.
Bununla əlaqədar Vergi Məcəlləsində müəyyən dəyişikliklər planlaşdırılır. Dəyişikliklərin əsas məqsədi - dövlət büdcəsinə aksiz vergisi üzrə daxilolmarın həcmini artırmaqdır. Xüsusilə, 2019-cu ilin dövlət büdcəsində bu vergi növü üzrə 602 mln. manat məbləğində daxilolmalar (artım 8,7%) nəzərdə tutulur, bunun 100 mln. manatı (artım 2,2 dəfə) qeyri-neft sektorunun payına düşəcək.
O cümlədən, hüquqi şəxslərdən əmlak vergisi üzrə müəyyən dəyişikliklər nəzərdə tutulur. Həmin dəyişikliklər müəssisələrin balansında olan mexaniki nəqliyyat vasitələrinin əmlak vergisinə cəlb edilməsidir. Bu və digər tədbirlər nəticəsində 2019-cu ildə hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaları 211 mln. manat səviyyəsində nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozundan 15,9% çoxdur. Eyni zamanda, qeyri-neft sektorunda müəssisələrdən əmlak vergisi üzrə daxilolmalar 145 mln. manat məbləğində (artım 13,3%) proqnozlaşdırılır. **
A.Əzizov