Azərbaycan prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin fəaliyyətindən praktiki nəticələrə ümid edir.
“Ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır və Azərbaycan ümid edir ki, Minsk qrupunun həmsədr ölkələrinin fəaliyyəti praktiki nəticələr verəcək”, - İ.Əliyev ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə görüşdə bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir. **
R.Babayev