Azərbaycan prezidenti İlham Əliyev Daşkəsən rayonunda Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun tikintisinə dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə 13,3 mln. manat ayırmağı tapşırıb.
Avtomobil yolu üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı çərşənbə günü dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov