2018-ci ilin I yarısında Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində dövlət büdcəsindən 414,4 mln. manat məbl\ğində vəsaiti sərf edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilir.
“Həyata keçirilən işlər çərçivəsində 250 km uzunluğunda qəsəbələrarası avtomobilyollarıtikilib. Çəkilən yollar 199 min nəfər əhalinin yaşadığı 91 yaşayış məntəqəsini birləşdirib”, - hökumətdən bildiriblər.
Bundan başqa, Bakıda çoxsəviyyəliyolqovşağınıninşası başa çatdılırb. Bu qovşaq avtomobillərin Bakı Olimpiya Stadionundan H.Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində avtomobil magistralına maneəsiz keçidini təmin edir
Həmçinin hökumətdən məlumat verilir ki, 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan dövlət əsas vəsait qoyuluşu çərçivəsində 762,6 mln. manat Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmalıdır.
2017-ci ilin dekabr ayında Azərbaycan prezidenti Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnamə və strukturunu təsdiq edib. Agentliyin fəaliyyətinin məqsədi Azərbaycanda avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsidir. **
B.Rüstəmbəyov