Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolunun Azərbaycanın ərazi bütövülüyün bərpası hesab edir.
“Qarabağ - bizim tarixi torpağımız, Azərbaycanın ayrılmaz hissəsidir. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb və yaradıb, tarixi abidələrimiz, toponimlər bu torpaqların Azərbaycana xalqına aid olduğunu sübut edir. Münaqişənin yeganə həlli - Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır, Ermənistanın işğalçı qüvvələri həmin torpaqlardan çıxarılmalı, Azərbaycan vətəndaşları öz yurdlarına qayıtmalıdır”, - İ.Əliyev cümə axşamı Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda VI Beynəlxalq Humanitar Forumunda çıxışında bildirib.
Forum 2010-cu ildən etibarən keçirilir. Tədbirin təşəbbüskarları Azərbaycan və Rusiya liderləridir.
Eyni zamanda, İ.Əliyev Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməsinə məcbur olunması mexanizmlərinin olmamasından gileylənib. “Müxtəlif beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinə dair bir sıra sənədlər qəbul ediblər. O cümlədən, BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin şərtsiz azad olunmasını tələb edən 4 qətnamə qəbul edib. Həmin qətnamələrin qəbulundan 25 il ötməsinə baxmayaraq, Ermənistan indiyədək onları icra etmir. Əfsuslar olsun ki, indiyədək təcavüzkarın beynəlxalq hüquq tələbrlərinin icrasına məcbur olunması üzrə mexanizm tərtib olunmayıb”, - prezident qeyd edib.
İ.Əliyev vurğulayıb ki, BMT TŞ, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşilatların qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə dəstək öz əksini tapır.
Prezident əlavə edib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində bütün mədəni, dini və tarixi abidələri dağıdıb. **
F.İsazadə