ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con BoltonAmerikanın Ermənistana münasibətinin strateji xarakter daşıdığını bəyan edib.
“Ermənistanla münasibətlərin inkşafı ABŞ üçün prioritetdir.Onlar strateji xarakter daşıyır”, - C.Bolton cümə axşamı İrəvanda mətbuat konfransında bildirib.
Bundan başqa, o bəyan edib ki, ABŞ həm ATƏT-in Mins qrupunun həmsdər ölkəsi kimi, həm də digər formatlarda Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır. “Qarabağ münaqişəsinin həlli ABŞ-ın maraqlarına cavab verir”, - C.Bolton bildirib.
O məlumat verib ki, Ermənistan rəhbərliyi ilə görüşdə bu həftə Rusiya və Azərbaycanda keçirdiyi görüşləri, Suriyada vəziyyəti, o cümlədən İrana qarşı sanksiyaları müzakirə edib.
“Biz ölkələrimiz arasında iqtisadi münasibətlərin aktivləşməsinə, Ermənistana sərmayələrin cəlb olunmasına önəm veririk”, - C.Bolton vurğulayıb. **