Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanı ATƏT-in Minsk qrupunun mandatı ilə tanış olmaq və bəyanatdan öncə sözləri üzərində düşünməyə çağırıb.
“İlk növbədə, ortada sənədlər var. ATƏT-in Minsk qrupunun mandatı ilə tanış olmaq lazımdır. Burada açıq şəkildə qeyd olounub ki, Ermənistan və Azərbaycan münaqişə tərəfləridir və Bakı ilə İrəvan öz aralarında danışıqlar aparır”, - E.Məmmədyarov cümə axşamı jurnalistlərə bildirib.
“Danışıqların aparılması üçün hazırlıq görülməlidir və ya bəyanatla çıxış etmədən öncə fikirləşmək lazımdır”, - nazir əlavə edib.
O vurğulayıb ki, bu, N.Paşinyanın Dağlıq Qarabağın münaqişə tərəfi olması ilə bağlısəsləndirdiyi ilkbəyanat deyil.
“O ki qaldı Dağlıq Qarabağ icmasına, burada hər iki ölkə maraqlı tərəfdir. Əgər maraqlı tərəfdirlərsə, orada Azərbaycan icması da var", - E.Məmmədyarov əlavə edib. **
F.İsazadə