Xarici işlər naziri Elmar Məmmədyarov Sloveniya Respublikası Milli Şurasının sədri Aloyz Kovşa ilə görüş zamanı Cənub Qaz Dəhlizi layihəsini müzakirə edib.
E.Məmmədyarov bu gün “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində A.Kovşanı qəbul edib.
“E.Məmmədyarov Sloveniya qanunverici orqanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinəvə Sloveniya Milli Şurasnın Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qərara görə A.Kovşaya öz təşəkkürünü bildirdi”, - XİN-in məlumatında deyilir.
Görüş zamanı tərəflər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr, xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər.
“Həmsöhbətlər iki ölkə arasında münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirdilər və enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğuladılar”, - məlumatda qeyd olunur. **
F.İsazadə