2019-cu ildə Azərbaycanda YUNESKO-nun Dünya Mirası Konfransı keçiriləcək. Bu barədə XİN-dən məlumat verilir.
Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov cümə axşamı “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində YUNESKO-nun baş direktorunun müavini Qu Xinq ilə danışıqlar aparıb.
“Tərəflər 2019-cu ildə Azərbaycanda təşkil olunacaq Dünya Mirası Konfransının əlaqələrin daha da inkişafında önəmli rol oynayacağını qeyd ediblər. Bundan başqa, həmsöhbətlər Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2030-cu il Gündəliyinin həyata keçirilməsində birgə səylərin artırılmasının vacibliyini vurğulayıblar”, - XİN-in məlumatında deyilir. **
F.İsazadə