2019-cu ildə Qazaxıstan və Azərbaycanda hər iki ölkənin Mədəniyyət Günləri keçiriləcək. Bu barədə Qazaxıstanın Bakıdakı səfiri Beybit İsabayev məlumat verib.
“2019-cu ildə Azərbaycan və Qazaxıstanda ölkələrimizin Mədəniyyət Günləri keçiriləcək”, - B.İsabayev cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri zamanı iki ölkənin liderləri tərəfindən qarşıya qarşılıqlı ticarət həcminin iki dəfə artırılması vəzifəsi qoyulub. “2018-ci ilin yekunları üzrə ticarət dövriyyəsinin artımı 90-95% səviyəsində gözlənilir”, - səfir əlavə edib. **
F.İsazadə