Bakı Dövlət Universiteti (Azərbaycan) və Baykal Dövlət Universiteti (İrkutsk, RF) arasında elmi-tədris sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Bu barədə cümə günü Rusiyanın ali məktəbinin mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, sənəd Bakıda keçirilən 12-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində imzalanıb. Sərgidə dünyanın 12 ölkəsindən 130 universitetin nümayəndələri iştark edib.
Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı ali məktəblərindən biridir.
Baykal Dövlət Universiteti 100 ildən artıq taixə malikdir. Burada öncə maliyyə-iqtisadiyyat və mühəndis- iqtisadiyyat sahələrində mütəxəssislər hazılanıb. Daha sonra ali məktəb çoxprofilli tədrisə keçib. Hazırda universitet Rusiyanın ali məktəbləriarasında 21-ci yerdə qərarlaşıb. **
F.İsazadə