«Azərbaycan Dəmir Yolları» (ADY) QSC Bakı-Böyük Kəsik dəhlizi boyunca yeni enerji təchizat sisteminə keçid, işarəvermə sisteminin yenilənməsi və elektrik lokomotivlərinin alınması ilə əlaqədar məsləhətçi seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə həyata keçirilir.
Müqavilənin yerinə yetirilmə müddəti 42 aydır.
Tenderdə iştirak haqqı 200 manatdır.
Tender təklifləri 2018-ci il dekabrın 19-u saat 18:00-dək qəbul olunur. Tender proseduru dekabrın 20-də baş tutacaq.
Telefon: (012) 499-63-95, əlaqələndirici şəxs: Seymur Qəhrəmanov.*
N.Abbasova