2018-ci ildə Azərbaycanda 10 səhiyyə obyektinin tikinti və təmir işlərinin başa çatdırllması planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilir.
“O cümlədən, Naftalan, Quba, Şəmkir, Qazax, Qobustan və Görünboy rayonlarında mərkəzi xəstəxanalarda təmir-tikinti işləri başa çatdırılacaq”, - hökumətin materiallarında qeyd olunur.
Cari il dövlət vəsaiti hesabına ümumilikdə 24 müalicə müəssisəsində tikinti, təmir və avadanlıqla təchizat tədbirlərinin reallaşdırılması planlaşdırılır. Həmin obyektlərin 11-i paytaxtda, 13-ü- regionlarda yerləşir.
Hökumətin məlumatına görə, 2018-ci ildə Goranboy Rayon MərkəziXəstəxanasının tikintisiüçün nəzərdə tutulan 22,35 mln. manat vəsaitin birinci yarımillikdə 14,19 mln. manatı sərf olunub. Bu vəsait xəstəxananın əsas 4 mərtəbəli korpusunun tikintisi və kommunikasiya xəttlərinin çəkilməsinə sərf olunub.
Gobustan Rayon MərkəziXəstəxanasının tikintisi, təmiri və xəstəxananın fəaliyyət göstərən binalarının zərui avadanlıq və invenratla təminatıüçün nəzərdə tutulan 15,52 mln. manat vəsaitin yanvar-iyun aylarında 9,91 mln. manatı sərf olunub. Xəstəxananın yeni 5 mərtəbəli binasının tikintisi son mərhələdədir. **
R.Babayev