2018-ci ilin dekabr ayında Beyləqan Olimpiya Kompleksinin tikintisi başa çatacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilir.
“Beyləqan Olimpiya Kompleksinin əsas binasının metal konstruksiyaları, yardımçı binaların tikinti işləri aparılır. Kompleksin ərazisində drenaj işləri həyata keçirilir”, - hökumətin materiallarında qeyd olunur.
Obyektin tikintisinə ayrılan 16,5 mln. manatdan birinci yarımillikdə 3,17 mln. manat sərf olunub.
Azərbaycanda 44 Olimpiya Kompleksi fəaliyyət göstərir. **
R.Babayev