2019-cu ildə Azərbaycanda 2 min ədəd minik avtomobilinin istehsal olunacağı proqnozlaşdırılır ki, bu da 2018-ci ilin yekunları üzrə gözlənilən göstəricidən 3,3 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«Bu il 600, 2019-cu ildə 2 min ədəd minik avtomobilinin istehsalı proqnozlaşdırılır», - deyə hökumətin gələn il üzrə büdcə zərfinə daxil olan materiallarında bildirilir.
Proqnozlara əsasən, 2020-ci ildə minik avtomobillərinin istehsal həcmi 3,5 min ədədə, 2021-ci ildə 5,3 min ədədə, 2022-ci ildə 7 min ədədə çatacaq.
Hökumətin qiymətləndirmələrinə görə, 2019-cu ildə yük avtomobillərinin istehsal həcminin 843 ədədə qədər artacağı proqnozlaşdırılır (2018-ci illə müqayisədə artım 15,3 dəfə - İF).
Bundan başqa, 2023-cü ilədək yük maşınlarının istehsal həcminin 782 ədədə çatacağı proqnozlaşdırılır.
Hazırda Azərbaycanda avtomobil istehsalı 3 müəssisəsədə: Naxçıvan Avtomobil Zavodu, Gəncə Avtomobil Zavodu və Neftçalada yerləşən “Azərmaş”da həyata keçirilir.*
B.Rüstəmbəyov