Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Rudolf Miçalka ilə görüşüb. Bu barədə XİN-in mətbuat xidmətindın məlumat verilir.
“Görüşdə Ermənistan-AzərbaycanDağlıq Qarabağmünaqişəsihəlli prosesivə ATƏT-lə Azərbaycan arasında münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparıldı”, - məlumatda deyilir.
E.MəmmədyarovErmənistansilahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunun münaqişənin həllində əsas maneə olduğunu diqqətə çatdırdı.
Həmçinin, nazir işğal olunmuş Azərbaycan torpaqlarındaməskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdlərini pislədi. **
R.Babayev