Cari ilin yanvar-sentyabr aylarında 150-ə yaxın şəxs paytaxtın küçələrində baş verən yol-nəqliyyat hadisələrinin qurbanı olub. Bu barədə şənbə günü Bakı Şəhər Baş Polis İdarəsindəkeçirilən cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində qeyd olunub.
“Bu ilin 9 ayı ərzində Bakıda baş verən 430 yol-nəqliyyat hadisəsində 147 nəfər ölüb, daha 364 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov deyib.
Onun sözlərinə görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,4%, xəsarət alanların sayı 7,1% azalıb. **
R.Babayev