Cari ilin yanvar-sentyabr ayları ərzində paytaxtda 8,3 minə yaxın cinayət qeydə alınıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov deyib.
“Hesabat dövrü ərzində Bakıda 8,288 min cinayət qеydə alınıb, bunun 11,5%-i ağır və хüsusilə ağır növlər оlub”, - E.Həsənov şənbə günü cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində bildirib.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlər 9,4% azalıb.
“Həmçinin, ağır və хüsusilə ağır cinayətlər 38,4%, dələduzluqlar 37,3%, insan alveri ilə bağlı cinayətlər isə 8,9% azalıb”, - E.Həsənov bildirir.
Adam öldürmə cəhdlərinin 100%-nin, qəsdən sağlamlığa ağır zərər vurmaların 90,7%-nin açılması təmin edilib. Hesabat dövrü ərzində ümumi cinayətlərin 79,8%-nin açılması təmin edilib.
E.Həsənov qeyd edib ki, bu ilin 9 ayı ərzində 57 soyğunçuluq və quldurluq cinayəti törədən 52 qrup, eləcə də 80 mənzil oğurluğunda şübhəli bilinən 90 nəfərdən ibarət 39 cinayətkar qrup ifşa olunub. **
R.Babayev