Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında kargüzarlığın aparılması işinin səmərəli təşkili üçün “Elektron sənəd dövriyyəsi sistemi” yaradılmasını tapşırıb.
Şənbə günü müvafiq fərman dövlət başçısının saytında dərc olunub.
Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 2019-cu il aprelin 1-dək “Elektron sənəd dövriyyəsi sistemi”nin proqram təminatının hazırlanmasını və tətbiqini təmin etmək tapşırılıb.
“Elektron sənəd dövriyyəsi sistemi”nin sahibi funksiyasını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, maddi-texniki təminatını, işlək vəziyyətdə olmasını (operator funksiyasını) və təhlükəsizliyinin təmin edilməsini Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirir. **
R.Babayev