1 oktyabr 2018-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,479 min ədəd bankomat quraşdırılıb ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 1,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Oktyabrın 1-nə Bakıda 1,333 min ədəd (yanvar-sentyabr aylarında artım 1,4%), bölgələrdə 1,146 min ədəd (artım 1,9%) bankomat quraşdırılıb.
2018-ci il oktyabrın 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 65,97 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 1,2% çoxdur.
Bununla yanaşı, Bakıda 38,677 min ədəd (artım 5,1%), regionlarda 27,293 min ədəd (azalma 3,8%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 64,615 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,9%-i quraşdırılıb.*
B.Rüstəmbəyov