Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 29-da Şəki-Kiş avtomobil yolunun açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezidentə olun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, yolun uzunluğu 7,2 kilometrdir.Bu yol on yeddi min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirir.
Həmçinin dövlət başçısına məlumat verilib ki, Kiş çayı üzərində körpünün bərpası işləri də aparılıb. Yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, hərəkət hissəsinin eni 8 metrdir.
İ.Əliyev Şəki “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlət başçısına məlumat verdilər. Bildirildi ki, bu kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 15-ci mərkəzidir. Qeyd olundu ki, bu kompleks Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarında qeydiyyatda olan ümumilikdə 510 mindən çox vətəndaşa xidmət göstərəcək. Şəki “ASAN Həyat” kompleksində “ASAN Peşə” mərkəzi yaradılıb.
O cümlədən, İ.Əliyev bazar ertəsi Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi və Bayraq Muzeyinin açılışında iştirak edib. **
R.Babayev