Bakı polisi mənzillərin birindən oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakinini saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
“Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən $12 min və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sahib Akulov saxlanılıb”, - deyə məlumatda bildirilir.*
R.Babayev