2019-cu ildə Azərbaycanda 958 min ton kartof məhsulunun yığımı proqnozlaşdırılır ki, bu da 2018-ci ilin yekunları üzrə gözlənilən göstəricidən 2,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hökumətin qiymətləndirmələrinə görə, 2020-ci ildə ölkədə kartof məhsulunun yığım həcmi 972 min tona, 2021-ci ildə 1 mln. 4 min tona, 2022-ci ildə isə 1 mln. 63,6 min tona çatacaq.
Proqnozlara əsasən, 2018-ci illə müqayisədə 2022-ci ildə kartofun yığım həcmi 13,3% artmalıdır.
Hökumət, həmçinin üzüm məhsulunun da yığım həcminin artacağını proqnozlaşdırır. 2018-ci illə müqayisədə 2019-cu ildə üzüm məhsulunun yığım həcminin 3,5% - 170,5 min tonadək artacağı proqnozlaşdırılır.
2020-ci ildə üzümün yığım həcmi 176,4 min tona, 2021-ci ildə 182,4 min tona, 2022-ci ildə 188,5 min tona çatacaq.
Cari illə müqayisədə 2022-ci ildə üzüm məhsulunun yığım həcmi 14,4% artmalıdır.*
B.Rüastəmbəyov