Azərbaycan prezidenti İlham Əliyev Yava adası sahillərində təyyarənin qəzaya uğraması nəticəsində ekipaj və sərnişinlərin həlak olması ilə əlaqədar İndoneziya prezidenti Coko Vidodoya başsağlığı verib.
“Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndim. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - Azərbaycan prezidentinin saytında dərc olunan başsağlığı məktubunda deyilir.
Bazar ertəsi səhər Cakartadan aeroportundan havaya qalxan İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX 8” sərnişin təyyarəsi 10 dəqiqədən sonra radarlardan itib. Bundan dərhal sonra hökumət axtarış-xilasetmə əməliyyatına başlayıb. Təyyarənin qalıqları Yava adasının qərbindədənizdə aşkar olunub.
Jakarta Post nəşrinin məlumatına görə, təyyarənin göyərtəsində 181 sərnişin, onlardan 3-ü uşaq, 8 nəfəri ekipaj heyəti olub. **
A.Əzizov