Bakı, Ankara və Tbilisi Cənubi Qafqaz regionunda münaqişələrin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Bu barədə Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərininİstanbulda keçirilənVII üçtərəfli görüşünün yekununda qəbul olunanbəyannamədə deyilir.
“Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçıları Nazirlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında münaqişənin və Gürcüstanın Abxaziya və Tsxinvalı/Cənubi Osetiya regionlarındamünaqişələrin davamlı sülh yolu ilə universal formada tanınmış beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri, bəyanatları və qərarlarına uyğun olaraq həllinə nail olmağın əhəmiyyətini vurğulayıblar”, - sənəddə qeyd olunur.
O cümlədən, nazirlər bütün qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına təhlükəsiz və ləyaqətli qayıdışının zəruriliyini bildiriblər.
XİN başçıları qeyd ediblər ki, “Cənubi Qafqaz regionundakı mövcud münaqişələrin sülhü, təhlükəsizliyi, sabitliyi və iqtisadi inkişafı təhlükə altına alır”, bu səbəbdən status kvonun davamlı olmadığını və qəbuledilməzliyini və yubadılmadan sülh yolu ilə həll tələb etdiyini vurğulayıblar.
O cümlədən, nazirlər beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə töhfələrin davam etdirilməsinin vacibliyini vurğuladılar və bu xüsusda, üçtərəfli əməkdaşlığın genişləndirilməsi yollarının araşdırılmasına razılaşdırıblar.
M.Çavuşoğlu,E.Məmmədyarov və D.Zalkaliani “terrorçuluq, zorakı ekstremizm və separatçılığın bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlarının qanunsuz dövriyyəsi, qeyri-qanuni silah ticarəti, insan alveri, miqrant qaçaqmalçılığı, çirkli pulların yuyulması, mədəni və tarixi irsə qarşı cinayətlər, və digər transmilli təhdidlərə qarşı mübarizədə müvafiq beynəlxalq alətlər əsasında əməkdaşlığın gücləndirilməsinə qəti sadiqliklərini bir daha bəyan ediblər”, - bəyannamədə vurğulanır. **
R.Babayev