Bakı, Ankara və Tbilisi müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərininİstanbulda keçirilənVII üçtərəfli görüşünün yekununda qəbul olunanbəyannamədə deyilir.
“Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçıları müdafiə sənayesi üzrə əməkdaşlıq, üçtərəfli təlimlər, çalışmalar və yüksək səviyyəli görüşləri vurğulayaraq müdafiə sahəsində üçtərəfli əməkdaşlığın vacibliyini qeyd etdilər və gələcəkdə belə əməkdaşlığın genişləndirilməsinə istəklərini ifadə etdilər və bununla bağlı üç ölkənin müdafiə nazirləri tərəfindən 31 mart 2018-ci il tarixində Girəsunda imzalanmış Müdafiə əməkdaşlığı üzrə Anlaşma Memorandumunu alqışlayıblar”, - sənəddə deyilir.
XİN başçıları öncəki üçtərəfli görüşlərdə qəbul edilmişrazılıqlara sadiq olduqlarını vurğulayıblar.
“Nazirlər üç ölkə arasında ikitərəfli və üçtərəfli formatda əməkdaşlığın yüksəlməsindən dərin məmnunluq ifadə etdilər və strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da möhkəmləndirilməsinə güclü sadiqliklərini bir daha təsdiqləyiblər”, - bəyannamədə qeyd edilir. **
F.İsazadə