Bazar ertəsi Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan və ATƏT-in Minsk qrupunun həmsədrləri İrəvanda Ermənistanda siyasi dəyişikliklərdən sonra Qarabağ münaqişəsinin sülh yolu ilə həlli dinamikasını müzakirə ediblər. Bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilir.
“N.Paşinyan Qarabağ probleminin sülh yolu ilə həllinə münaqişənin bütün tərəflərinin hazırlığının zərurəti barədə bəyan edib. Ermənistanın baş naziri və Azərbaycan prezidenti arasında Düşənbədə əldə olunan razılıq (operativ əlaqənin yaradılmasına dair - İF) müzakirə olunub. N.Paşinyan bildirib ki, razılıqların riayət olunması və effektiv reallaşdırılması vacib amildir və bu qarşılıqlı etimad mühitinin formalaşmasına şərait yaradacaq”, - mətbuat xidmətindən qeyd ediblər. **