2018-ci ilin yanvar-avqust aylarında PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxiolmalar 804 mln. 199 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2018-ci il dövlət büdcəsində Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətlərindən mənfəət vergisi üzrə ödənişlər 950 mln. manat həcmində nəzərdə tutulur.
“2018-ci ilin yanvar-avuqst aylarında PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxiolmalar 804 mln. 199 min manat təşkil edib. Bu ötən ilin analoji dövrünün göstəricisindən 74% çoxdur”, - hökumətdən qeyd ediblər.
Vergi ödənişlərinin artımı dünya bazarlarında nüftin daha yüksək qiyməti ilə əlaqədardır. Neft-qaz şirkətləri üçün vergi ödənişləri üzrə plan bir barrel neftin orta qiymətinin $55 səviyəsində hesablanır, çünki onlar neftin faktiki qiymətinə əsaslanaraq vergi ödənişləri həyata keçirirlər.
2018-ci ilin sonunadək neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daha bir ödəniş həyata keçirəcək.
Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyirlər.
Azərbaycan müstəqillik qazandıqdan sonra neft-qaz yataqlarının işlənməsi haqqında 30-dan artıq PSA tipli müqavilə imzalayıb. **
A.Əzizov