Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2019-cu ilin yazında Azərbaycanda əməliyyatlar üzrə yeni strategiya hazırlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AYİB-nin Bakı nümayəndəliyinin rəhbəri İvanna Duarte deyib.
“Azərbaycan üzrə yeni strategiya 2019-cu ilin aprel-may aylarında hazır olacaq”, - İ.Duarte bildirib.
Onun sözlərinə görə, hazırda sənəd üzərində və prioritetlərin müəyyən olunması məqsədilə razılaşıdırılma üzrə iş aparılır.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-nin üzvüdür.
31 avqust 20178-ci il tarixinə AYİB Azərbaycanda 168 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,2 mlrd. avro yatırılıb. Hazırda bank Azərbaycanda 50 layihə reallaşdırır və 1,4 mlrd. avro məbləğində fəal portfelə malikdir. Bankın portfelinin 25%-i özəl sektyor, 2%-i - kapitala sərmayələrin payına düşür. **
B.Rüstəmbəyov