29 oktyabr 2018-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları$5 mlrd. 537 mln. təşkil edir. Bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 334,6 mln. təşkil edib. Beləliklə, 2018-ci ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 3,8% artıb.
29 oktyabr 2018-ci il tarixinə AMB-nin valyuta ehtiyatları $5 mlrd. 537 mln. həcmində qiymətləndirilir və cari ilin əvvəlindən $203 mln. artıb”, - E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, AMB valyuta ehtiyatlarının istifadəsinə ehtiyatla yanaşır və manatın məzənnəsinin dəstəklənməsi məqsədilə sərf olunmur.
“Cari il valyuta ehtiyatlarının idarə olunmasından $75 mln. məbləğində gəlir əldə etmişik”, - E.Rüstəmov əlavə edib.
Xəbər verildiyi kimi, 2017-ci ildə AMB-nin valyuta ehtiyatları 34,2% artıb. **
N.Abbasova