Energetika Nazirliyi 6 ay ərzində "Bərpa olunan və alternativ enerji mənbələri haqqında" qanun layihəsi hazırlamağı planlaşdırır. Bu barədə energetika nazirinin müavini Samir Vəliyev məlumat verib.
"Qarşıdakı 6 ay ərzində Azərbaycanda belə bir qanun layihəsinin hazırlanması planlaşdırılır. İnvestorların cəlb edilməsi üçün hüquqi bazanın yaradılması vacibdir", - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazir müavininin sözlərinə görə, sözügedən qanunun hazırlanmasında məsləhətçi qismində Norveç-Alman “DNV-GL” şirkəti çıxış edir.
S.Vəliyev vurğulayıb ki, Azərbaycanda ortamüddətli dövrdə bərpa olunan enerji mənbələri üzrə 420 MVt generasiya gücünün inşası planlaşdırılır. “Biz əsas diqqəti günəş, külək enerjisi və bioenerjiyə yönəltmək istəyirik", - deyə S.Vəliyev əlavə edib.*
B.Rüstəmbəyov