Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif çərşənbə axşamı İstanbulda ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər. Bu barədə İran XİN-dən məlumat verilir.
“İstanbulda keçirilən görüşdə İran və Azərbaycan XİN başçıları ikitərəfli münasibət və islam dünyası çərçivəsində əməkdaşlıq, o cümlədən, regional məsələləri müzakirə ediblər”, - məlumatda qeyd olunur.
Çərşənbə axşamı İstanbulda Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli formatda 6-cı görüşü keçiriləcək. **
R.Babayev