Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif çərşənbə axşamı İstanbulda ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər. Bu barədə İran XİN-dən məlumat verilir.
“İstanbulda keçirilən görüşdə İran və Azərbaycan XİN başçıları ikitərəfli münasibət və islam dünyası çərçivəsində əməkdaşlıq, o cümlədən, regional məsələləri müzakirə ediblər”, - məlumatda qeyd olunur.
Öz növbəsində, Azərbaycan XİN qeyd edir ki, görüş zamanı nazirlər regionda sülh və təhlükəsizliyin gücləndirilməsi, daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəliklərin həyata keçirilməsi, bütün mübahisələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.
“Həmçinin, XİN başçıları nqliyyat infrastrukturunun yaradılması üzrə layihələri müzakirə ediblər, Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımların atılmasının vacibliyini vurğuladılar, habelə hər üç ölkənin xeyrinə limanların tam imkanlarından istifadə edilməsini təşviq edilməsini qeyd etdilər”, - XİN-dən qeyd olunub.
Bundan əlavə, E.Məmmədyarov və M.C.Zərif elm və texnologiya, təhsil, mədəniyyət, turizm, səhiyyə və s. sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. **
R.Babayev