Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü İranda baş tutacaq. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
Çərşənbə günü İstanbulda nazirlərin üçtərəfli görüşünün yekunlarına dair bu cür qərar qəbul olunub.
XİN başçıları görüşün yekunlarına dair Üçtərəfli Sektoral Əməkdaşlıq Fəaliyyət Planının müddətinin növbəti 3 ilə 2021-ci ilin sonunadək uzadılmasına razılaşdılar. Fəaliyyət Planında əks olunmuş sahələr üzrə üç ölkə arasında təkliflər mübadiləsini nəzərə alaraq, alt komitələrin ilk iclasları İranda keçiriləcək. **
R.Babayev