Bakı və Bern əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsində maraqlıdır. Bunu prezident İlham Əliyev deyib.
“Əgər əvvəllər iqtisadi əlaqələr enerji, investisiya, tikinti materialları sahələrində inkişaf edirdisə, hazırda tərəflər əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsində maraqlıdırlar”, - deyə dövlət başçısı bu gün Bakıda İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogio ilə görüşdə bildirib.
İ.Əliyev texnologiyalar sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu deyib.
M.Dell’Ambrogio turizm sahəsində əməkdaşlığın genişləndirilməsində ölkələrimiz arasında birbaşa aviareyslərin açılmasının önəmini qeyd edib.
Görüşdə iqtisadiyyat, turizm, təhsil, o cümlədən peşə təhsili sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.*
R.Babayev