SOCAR şirkəti (ARDNŞ) 2019-cu ildə neft hasilatını 2018-ci ilin səviyyəsində saxlayacaq.
“2019-cu ildə SOCAR tərəfindən neft hasilatı 2018-ci ilin səviyyəsində qalacaq - 7,6 mln. ton təşkil edəcək”, - “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd olunur.
2019-cu ildə SOCAR qaz hasilatını 2018-ci illə müqayisədə 0,8 mlrd. kubmetr (12,5% - İF) - 7,2 mlrd. kubmetrədək artıracaq.
Xəbər verildiyi kimi, 2017-ci ildə SOCAR üzrə neft hasilatı 7 mln. 427,1 min ton, qaz hasilatı - 6 mlrd. 89,1 mln. kubmetr təşkil edib. **
N.Abbasova