Azərbaycan prezidenti İlham Əliyev Vüqar Zeynalovu Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev çərşənbə axşamı müvafiq sərəncam imzalayıb.
Bundan əlavə, dövlət başçısı Asif Ağayevin Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsinə dair sərəncam imzalayıb. Tahir Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin yeni başçısı təyin edilib.
Öz növbəsində, A.Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. **
R.Babayev